"Sağlam Həyat Uğrunda" Gənclərin İctimai Birliyi ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin inkişafında yaxından iştirak edərək, müəyyənləşdirilmiş strateji vazifələrin, Azərbaycan Dövlət Gənclər Siyasətinin həyata keçirilməsində gənclərin dinamik inkişafdakı rolunu daha da inkişaf etdirən gənclər təşkilatıdır.
"Sağlam Həyat Uğrunda" Gənclərin İctimai Birliyi informasiya cəmiyyətinin süratlə formalaşdığı dövrdə, gənclərdə müasir düşüncə tərzinin formalaşması, gənclərin yeni innovasiya brendinin yaradılması, sağlam düşüncəli gəncliyin inkişafı, ictimai və sosial hayatın, cəmiyyət quruculuğunun bütün sferalarında gənclarin təmsil olunması və ən əsası ganclərin ölkəmiz üçün layiqli vətəndaş kimi yetişmesi yönümündə dayanmadan öz güclərini səfərbər edir.
"Sağlam Həyat Uğrunda" Gənclərin İctimai Birliyi olaraq bütün qərarlarımızı, məqsədlərimizi və fəaliyyətlətlərimizi gənclarin maraq dairələrinə uyğun olaraq istiqamatləndirmişik və bu istiqamətdə yorulmada fəaliyyətimizi davam etdiririk.
“Heç kəsə sirr deyil ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verməkdə və onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamaqdadır.
Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Ümummilli lider Heydər Əliyev nitqlərinin birində bu barədə demişdir׃ "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik".
Mən Sizləri əmin edə bilərəm ki, Azərbaycanın inkişafı üçün gənclər sahəsində gördüyümüz işlər, qazandığımız uğurlar və cəmiyyətimizin inkişafı istiqamətində atdığımız addimlar, Sizi də, bu naliyyətlərin əldə edilməsində iştirak etməyə və bizim ilə bir komandada olmağa stimul verəcəkdir."
"Sağlam Həyat Uğrunda" Gənclərin İctimai Birliyi 2005-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.