Haqqımızda
SHU-GİB » Nizamnamə
Nizamnamə

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Qeydiyyat № 1105-Q4-1784         

30 may 2005-ci il



“Sağlam Həyat Uğrunda”

Gənclərin İctimai Birliyinin




N İ Z A M N A M Ə S İ



______________________________________________


 

I. ÜMUMİ MÜDDƏALAR

1.1. “Sağlam Həyat Uğrunda” Gənclərin ictimai birliyi (bundan sonra Birlik adlandırılacaq) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və oldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir.

1.2. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, "Qeyri-hökumət təşkilatları (ictimai birlik və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu, digər normativ-hüquqi aktlar və bu Nizamnamə əsasında həyata keçirir.

1.3. Birlik Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu qazanır. Birliyin müstəqil balansı, üzərində adı yazılmış möhürü, ştampı, Azərbaycan Respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitləri vardır.

1.4. Birliyin yerləşdiyi ünvan: Qəbələ şəhəri, I. Qutqaşınlı küçəsi, 3/3.


II. BİRLİYİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

2.1. Birliyin əsas məqsədi gənclər arasında humanizmin, vətənpərvərliyin təbliğ edilməsindən, gənclərin layiqli vətəndaş ruhunda böyüməsinə kömək etməkdən ibarətdir.

2.2. Birlik məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:

  • gənclər arasında humanizm ideyalarını təbliğ etmək;
  • ölkə gənclərinin intellektual potensialının artırılmasına kömək etmək;
  • gənclərin asudə vaxtlarının səmərəli təşkilinə kömək etmək;
  • əhalinin aztəminatlı hissəsinə maddi yardımlar etmək;
  • gəncləri ekoloji problemlərin həllinə cəlb etmək;
  • əlil, kimsəsiz gənclərin və digər ehtiyacı olan şəxslərin işlə təmin edilməsinə kömək etmək;
  • gənclər arasında vətənpərvərlik işinin aparılması;
  • milli, bəşəri dəyərlərin öyrənilməsi və təbliği.

2.3. Bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün Birlik:

  • konqreslər, simpoziumlar, konfranslar, dəyirmi masalar, seminarlar, treninqlər digər mədəni-kütləvi tədbirlər keçirir;
  • məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayır, qanunvericiliyə müvafiq qaydada mətbu nəşrlər təsis edir;
  • Azərbaycan Respublikasının aidiyyəti dövlət və bələdiyyə orqanları ilə əməkdaşlıq edir;
  • xarici ölkələrdə fəaliyyət göstərən təşkilatların onun məqsəd və mənafelərinə zidd olmayan tədbirlərinə qoşulur.

2.4 Birlik Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkisində iştirak edə bilməz.


III. BİRLİYİN HÜQUQLARI

3.1. Birlik aşağıdakı hüquqlara malikdir:

  • öz adından əqdlər bağlamaq, əmlakı və şəxsi qeyri-əmlak hüquqları əldə etmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış etmək;
  • fəaliyyəti barədə məlumatı sərbəst yaymaq;
  • Azərbaycan Respublikasının ərazisində və xaricdə filial və nümayəndəliklərini təsis etmək,
  • müxtəlif beynəlxalq qeyri-hökumət təşkilatlarına qoşulmaq, könüllülük prinsipi əsasında birləşərək ittifaqlar yaratmaq, hüquqi şəxslərin ittifaqlarının yaradılmasında iştirak etmək, belə ittifaqlara qoşulmaq;
  • banklarda hesablar açmaq və hesablaşmalar aparmaq;
  • müstəqil balansa, möhürə, ştampa və digər rekvizitlərə malik olmaq;
  • qanunvericiliklə qadağan edilməyən və nizamnamə məqsədlərinə uyğun olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;
  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.


IV. BİRLİYİN ƏMLAKI VƏ MALİYYƏ FƏALİYYƏTİ

4.1. Birliyin mülkiyyətində binalar, qurğular, mənzillər, avadanlıqlar, in-ventarlar, pul vəsaitlari, səhmlər, digər qiymətli kağızlar və bu Nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər.

4.2. Birlik öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər.

4.3. Birliyin əmlakının pul və digər şəkildə formalaşdırılması mənbəələri aşağıdakılardır:

  • təsisçilərin və ya Birlik üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları;
  • idarə, müəssisə, yerli və beynəlxalq təşkilatların və vətəndaşların könüllü verdikləri əmlak haqları və ianələri;
  • səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividendlər, gəlirlər, öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər:
  • qrantlar;
  • sərgilərdən, konsertlərdən və digər tədbirlərdən əldə olunan gəlirlər;
  • təsis etdiyi müəssisələrin fəaliyyəti nəticəsində əldə olunan gəlirlər;
  • qanunvericilikdə qadağan olunmamuş digər mədaxillər.

4.4. Birliyin üzvləri onun mülkiyyətinə daxil olan ayrı-ayrı obyektlər üzərində xüsusi hüquqlara malik deyil.

4.5. Birlik Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada öz fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına müvafiq olaraq öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir.

4.6. Birliyin hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərdə xərclənə bilməz.

4.7. Birlik siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz.

4.8. Birlik qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə, statistik və sair hesabatlar tərtib edir və dövlət orqanlarına təqdim edir.


V. BİRLİYİN TƏSİSÇİLƏRİ VƏ ÜZVLƏRİ,

ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

5.1. Birliyin təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilərlər.

5.2. Təsisçilər bərabər hüquqlara malikdirlər. Təsisçilərin qarşılıqlı mü-nasibətləri, hüquq və vəzifələri qanunvericiliklə, yaxud onların arasında bağlanmış müqavilə ilə və ya bu Nizamnamə ilə müəyyən edilir.

5.3. Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. Birliyin təsisçiləri həm də Birliyin üzvləri hesab olunurlar.

5.4. Birliyə üzvlərin qəbulu Birliyin İdarə Heyəti tərəfindən aparılır.

5.5. Birliyə daxil olmaq üçün idarə heyətinə yazılı şəkildə müraciət edilir. Ərizəyə bir ay müddətində baxılır. Səsvermə nəticəsində idarə heyətinin üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətlərini bildirdikdə, ərizəçi Birliyin üzvü seçilmiş hesab edilir.

5.6. Birliyin üzvləri öz aralarında bərabərhüquqlu olub aşağıdakı hüquqlara malikdirlər:

  • bu Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək;
  • Birliyin hər hansı seçkili, o cümlədən rəhbər orqanına seçmək və ya həmin orqanlarda təmsil olunmaq;
  • Birliyin fəaliyyətində və təşkil etdiyi tödbirlərdə iştirak etmək;
  • Birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək;
  • öz mənafelərinin müdafiəsinə kömok göstərilmasi üçün Birliyə müraciət etmək;
  • onun hüquq və vəzifələri ilə baglı hər hansı məsələnin müzakirəsində şəxson iş-tirak etmək,
  • Birliyin müvafiq orqanlarına etirazını bildirmək vo sikayət etmək.

5.7. Birliyin üzvü yalnız Birliyin müvafiq orqanları səlahiyyət verdikdə həmin orqani təmsil edə vo ya onun adından bəyanatla çıxış edə bilər.

5.8. Birliyin üzvlori aşagıdakı vəzifələri daşıyırlar:

  • Birliyin Nizamnaməsinə əməl etmək;
  • Birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək;
  • Nizamnamə tələblərinə riayət etmək;
  • Birliyin tədbirlərində iştirak etmək,

5.9. Birliyə üzvlük haqqının miqdarı Birliyin İdarə Heyəti tərəfindən müəyyən edilir.

5.10. Birliyə üzvlüyə aşağıdakı hallarda xitam verilir:

  • könüllü olaraq Birliyin üzvlüyündən çıxdıqda;
  • Birliyin üzvlüyündən çıxarıldıqda.

5.11. Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir:

  • Birliyin adına ləkə gətirən hərəkətlərə yol verdikdə;
  • mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda;
  • Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə,

5.12. Üzvlükdən, təsisçilikdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilə bilər.

5.13. Birlik üzvünün həmin qərardan Birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququ vardır.


VI. BİRLİYİN TƏŞKİLATI STRUKTURU

VƏ İDARƏETMƏ ORQANLARI

6.1. Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır.

6.2. Ümumi Yığıncaq Birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.

6.3. Birliyin təsisçilərinə və üzvlərinə Yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir.

6.4. Ümumi Yığıncağın səlahiyyətinə aşağıdakılar aiddir:

  • Birliyin Nizamnaməsinin qəbulu və ona dəyişikliklər edilməsi;
  • Birliyin ömlakının formalaşması və istifadə prinsiplərinin müəyyən edilməsi;
  • Birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;
  • illik hesabatın təsdiq edilməsi;
  • başqa təşkilatlarda iştirak;
  • Birliyin yenidən təşkili və ləğv edilməsi;
  • Birliyin icra orqanının rəhbərlərinin hesabatının dinlənilməsi.

6.5. Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyatli hesab olunur.

6.6. Ümumi Yığıncaqda müzakirə olunan məsələlər haqqında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. Nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi və təşkilatın yenidən təşkili və ləğvi barədə qərarın qəbulu üçün 2/3 səs çoxlugu tələb olunur.

6.7. Birliyin fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir.

6.8. İcra orqanı Birliyin Sədrindən, onun müavinlərindən və digər şəxslərdən ibarət olan İdarə Heyətidir.

6.9. İdarə Heyəti kollegial icra orqanı olub aşağıdakı səlahiyyətlərə malikdir:

  • Birliyin üzvlüyünə qəbul edir və üzvlükdən azad edir;
  • təkliflər və layihələr irəli sürür;
  • Birliyin filiallarını yaradır və nümayəndəliklərini açır;
  • Birliyin basqa idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid edilməyən bütün məsələləri həll edir.

6.10. Idarə Heyəti üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır və qorarları sadə səs çoxluğu ilə qobul edilir.

6.11 Idarə Heyətinin sədri, müavinləri və digər üzvləri Birliyin Ümumi Yığıncağı tərəfindən 2 (iki) il müddətinə seçilir

6.12. Sadr:

  • Birliyi təmsil edir. onun adından müqavilələr bağlayır, etibarnamələr verir. Ümumi Yigincagın və idarə Heyətinin qərarlarının icrasını təşkil edir:
  • Ümumi Yığıncaq tərəfindən və Nizamnamə ilə onun üzərinə qoyulan digər funksiyaları həyata keçirir.

6.13. Birliyin Nəzarət-təſis komissiyası birliyin vəzifəli şəxslərinin və üzvlərinin faaliyyətinin Nizamnaməyə uyğun olması, habelə Birliyin maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirir. NTK üzvlərinin sayı Ümumi Yığıncaq tərəfindən müəyyən edilir. NTK-nin səlahiyyat müddəti 2 (iki) ildir.

NTK-nin qərarları sadə səs çoxluğu ilə qəbul edilir.

6.14. NTK Birliyin orqanlarından və üzvlərindən daxil olan müraciətlərə bir ay müddətində baxıb cavab verməlidir.


VII. BİRLİYİN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ

7.1. Birliyin fəaliyyətinə onun yenidən təşkil edilməsi (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ləğv edilməsi yolları ilə xitam verilir. Birliyin fəaliyyətinə xitam verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

7.2. Birliyin fəaliyyətinə xitam verilməsi haqqında qərara əsasən ləğvetmə komissiyası yaradılır. Bu andan Birliyin idarəçiliyi ilə əlaqədar bütün səlahiyyətlər ona keçir. Ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir. Birliyin ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada Nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir. Birliyin ləgvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına osasən həyata keçirilir.


VIII. DİGƏR ŞƏRTLƏR

8.1. Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir.

8.2. Gələcəkdə bu Nizamnamənin müddəaları qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəaları tədbiq edilir.

8.3. Birliyin maliyyə ili qeydiyyata alındığı vaxtdan başlayır və həmin ilin 31 dekabrında başa çatır. Növbəti maliyyə illəri isə 1 yanvarda başlayır və dekab ayının 31-dək olan dövrü əhatə edir.



Moreno

"Sağlam Həyat Uğrunda" Gənclərin İctimai Birliyi 2005-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.

Bizi izləyin:

Əlaqə

+(994) 55 212 57 67
info@shu-ib.com
B.e. - Ş.: 9:00 - 18:00
Zərdabi küç. 88a
Bakı ş., AZ 1122

Son yeniliklər

---
---
---
---
---
"Sağlam Həyat Uğrunda" Gənclərin İctimai Birliyi. © 2005-2020