3 May 2015-ci il tarixində Bakıda Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi və "Sağlam Həyat Uğrunda" Gənclərin İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin sağlam həyat tərzi” mövzusunda seminar keçirilmişdir. Seminarda xüsusən gənclərin düzgün həyat tərzi ilə əlaqədar bir çox mövzulara toxunulmuş , müxtəlif aspektlərdən yanaşmalar göstərilmiş və ən sonda iştirakçıların suallarına dəyərli çıxışçılar tərəfindən cavablandırılmışdır.
Çıxışçılar arasında Azərbaycan Tibb Universitetinin professor və dosentləri, Milli Elmlər Akademiyasının görkəmli alimləri olması seminarın miqyasını və əhəmiyyətliliyini artırmışdır. Sağlamlığa təsir edən amillər, qida əlavələndiriciləri, balanslaşdırılmış qidalanma, aloe bitkisi mövzularında və müxtəlif növ xəstəliklər barədə iştirakçılara məlumat verilmişdir. Həmçinin, gündəlik həyatımızda gənclərin üzləşdiyi xəstəliklər barəsində məlumat verilmiş və həmin xəstəliklərdən qurtulmağın yolları göstərilmişdir.
Sonda iştirakçıların suallarını çıxışçı və mütəxəssislər tərəfindən cavablandırıldıqdan sonra çay süfrəsində kiçik qruplar şəklində müzakirələr davam etdirilmişdir.