Əhalinin həssas qruplarının cəmiyyətə adaptasiyasına həsr olunan maarifləndirmə tədbirlərinin keçirilməsi
Layihənin icra vəziyyəti: ✔ Tamamlanmış
Donor: Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Layihə haqqında: “Sağlam Həyat Uğrunda” Gənclərin İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Əhalinin həssas qruplarının cəmiyyətə adaptasiyasına həsr olunan maarifləndirmə tədbirlərinin keçirilməsii” layihəsini həyata keçirmiş və uğurla tamamlamışdır.
Sosial-iqtisadi həyatın bütün sahələrində tərəqqi proseslərinin geniş vüsət aldığı Azərbaycanda sosial cəhətdən həssas əhali qruplarının hüquqlarının etibarlı müdafiəsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsi, dolğun həyat şəraitinin təmin edilməsi istiqamətində reallaşdırılan tədbirlərin əhatə dairəsi ilbəil genişlənir. Bu kateqoriyadan olan şəxslərlə bağlı həyata keçirilən siyasətin əsas məqsədi onların da cəmiyyətin digər üzvləri kimi bərabərhüquqlü, dolğun həyat şəraitinə malik olmalarının və cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsidir. Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası tədbirləri də xüsusi diqqət mərkəzində olmasıdır. Layihənin məqsədi psixoloji yardıma ehtiyacı olan əhalinin həssas qruplarına psixoloji məşğələlər, fərdi psixo-korrektiv metodlardan istifadə edərək sensor inteqrasiya və idman məşğələləri vasitəsi ilə aparılan təlimləri tətbiq etməkdir.
Layihənin hədəf qurupu Ağcabədi və ətraf rayonlarında yaşayan həssas əhali qrupları, əlilliyi olan gənc və yeniyetmələrdir.